Azərbaycan Respublikası

 

 

 

Ana səhifə

"Gəncə səhəri Sadıllı qəsəbəsində İctimai-Fəal məktəb modelinin yaradılması" layihəsi və onun nəticələri

İctimai-Fəal Məktəb modeli

"Məktəb-Ailə-Cəmiyyət" assosiasiyası

Əlaqələr

 

 

 

 

 

 

 

  

 


Məktəbin və yerləşdiyi ərazi əhalisinin problem, təklif və ideyalarını təhlil edərək, onların həlli üçün müxtəlif layihələr hazırlayan məktəbdə özünütəşkil və özünüidarənin əsasını qoyan "Məktəb-Ailə-Cəmiyyət" assosiasiyası yaradılmışdır.

Assosiasiya, şagird, müəllim, valideyn və yerləşdiyi ərazidə yaşayan sakinlərin sıx əməkdaşlığının təməlini qoyub, onların birgə fəaliyyəti üçün platforma yaradaraq, aşağıda göstərilən məqsəd və vəzifələri əsas götürür:

•  Məktəbdə və məktəbin yerləşdiyi ərazidə olan insanların müxtəlif intellektual və mənəvi maraq tələbatını təmin etmək, yüksək mənəvi, mədəni və əxlaqi potensiala, dərin vətənpərvərlik hissinə malik ictimai fəal şəxsiyyət formalaşdırmaq;

•  Məktəbin və məktəbin yerləşdiyi ərazinin üzləşdiyi sosial, mədəni, humanitar və təhsil problemlərinin həllinə çalışaraq vətəndaş həmrəyliyinə, əhalinin mənəvi sağlamlığına və ictimai inkişafına nail olmaq;


Assosiasiyanın 10 mart 2004-cü il tarixli

təsis yığıncağının qərarı ilə

(1 saylı Protokol)

 

QƏBUL EDİLİB

«MƏKTƏB - AİLƏ - CƏMİYYƏT»

assosiasiyasının

 

NİZAMNAMƏSİ

 

Azərbaycan Respublikası

Gəncə 2004

 
1. Ümumi müddəalar

1. Assosiasiya şagird, müəllim, valideyn və ərazi əhalisinin ümümi inkişafı naminə ailə, məktəb və ictimaiyyət komponentlərinin potensialını birləşdirən, mənfəətsiz qeyri-hökumət təşkilatdır.

1.2. Assosiasiya irqi, siyasi əqidəsi, cinsi, dini, milli və etnik mənsubiyyəti və s. atributlara görə ayrı seçkiliyə yol verməyən və üzvləri üçün bərabər imkanlar yaradan ictimai bir təşkilatdır.

1.3. Assosiasiya dovlət qurumlarından tam müstəqil şəkildə fəaliyyət göstərən təşkilatdır. Assosiasiya könüllülük prinsipi əsasında ona üzv olan fərdi şəxslər, təşkilatlar və qrupları özündə birləşdirən bir qurumdur. Assosiasiya Gəncə şəhəri Sadıllı qəsəbəsinin 17 saylı orta ümumtəhsil məktəbinin şagird, valideyn və müəllimləri, həmin məktəbin yerləşdiyi ərazi əhalisinin və həmçinin respublikanın digər bölgələrinin vətəndaşları üçün açıqdır.

1.4. Assosiasiya qeyri-siyasi, qeyri-kommersiya təşkilatıdır.

1.5. Assosiasiya fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası və qanunları, həmçinin bu Nizamnamə əsasında qurur.

1.6. Assosiasiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı andan hüquqi şəxs statusu qazanır.

1.7. Assosiasiyasının müstəqil balansı, möhürü, ştampı Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri var.

1.8. Assosiasiya öz adından müqavilələr bağlaya, əmlak və qeyri-əmlak hüqüqları əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və ya cavabdeh kimi çıxış edə bilər.

1.9. Assosiasiyanın bütün orqanlarına seçkilər, Assosiasiyanın üzvlüyünə qəbul və onun sıralarından xaric edilmə gizli səsvermə yolu ilə həyata keçirilir.

1.10. Assosiasiyanın yerləşdiyi yer: Gəncə şəhəri Sadıllı qəsəbəsi 17 saylı orta ümumtəhsil məktəbidir.

1.11. Assosiasiya oz fəaliyyətini Azərbaycan Respublikası ərazisində həyata keçirir.

2. Məqsəd, proqram vəzifələri və assosiasiyanın fəaliyyəti

Assosiasiya, şagird, müəllim, valideyn və yerləşdiyi ərazidə yaşayan sakinlərin sıx əməkdaşlığının təməlini qoyub, onların birgə fəaliyyəti üçün platforma yaradaraq, aşağıda göstərilən məqsəd və vəzifələri əsas götürür:

•  Məktəbdə və məktəbin yerləşdiyi ərazidə olan insanların müxtəlif intellektual və mənəvi maraq tələbatını təmin etmək, yüksək mənəvi, mədəni və əxlaqi potensiala, dərin vətənpərvərlik hissinə malik ictimai fəal şəxsiyyət formalaşdırmaq;

•  Məktəb və məktəbin yerləşdiyi ərazinin üzləşdiyi sosial, mədəni, humanitar və təhsil problemlərinin həllinə çalışaraq vətəndaş həmrəyliyinə, əhalinin mənəvi sağlamlığına və ictimai inkişafına nail olmaq;

•  Məktəb təhsili, maarif, incəsənət, şəxsiyyətin mənəvi inkişafı, məktəbin maddi-texniki bazasının təkmilləşdirilməsi, tədris-tərbiyə prosesi, təhsil xidmətlərinin siyahısının genişləndirilməsi, həmçinin məktəb işçilərinin, şagirdlərin və tədris prosesinin digər iştirakçılarının təhsil və tədris fəaliyyətinin yaxşılaşdırılması və genişlənməsini stimullaşdırmaq;

•  İnsan həyatına uyğun gələn standartların səviyyəsinin yüksəldilməsinə nail olmaq və yerli əhalinin sosial problemlərinin həllinə çalışmaq;

•  Tərbiyəçilərlə ictimaiyyət arasında bütün uşaq və gənclərin fiziki, əqli, sosial və mənəvi tərbiyə baxımdan yüksək nailiyyətlərə malik olmasını şərtləndirən ümumi hərəkət və iş prinsiplərini formalaşdırmaq;

•  Ev, məktəb və yerli əhali arasında əlaqələri mütəmadi, üçtərəfli və məqsədyönlü qurmaq;

•  Müəllim, valideyn, həmçinin yerli əhali nümayəndələrinin məktəb həyatında, məktəb və orada təhsil alan uşaqların problemləri və çətinliklərinin həllində səylərini birləşdirmək;

•  Müəllim və valideynlərin, həmçinin yerli əhali nümayəndələri, uşaq və gənclər arasında müxtəlif sahələr üzrə maarifləndirmə işləri aparmaq və ümumiyyətlə cəmiyyətin müxtəlif təbəqələri arasında inteqrasiyanın ən yüksək pilləsinə nail olmaq;

•  Vətəndaşların iştirakını təmin edən xüsusi tədris proqramları hazırlamaq və həyata keçirmək.

Göstərilmiş məqsəd və vəzifələrə nail olmaq üçün Assosiasiya:

•  Müxtəlif yönümlü seminarlar, təlimlər, konfranslar, dəyirmi masalar, debatlar, ekoloji aksiyalar, idman yarışları və s. təşkil edir və digər təşkilat və assosiasiyaların təşkil etdiyi tədbirlərdə iştirak edir;

•  Təhsil sisteminin təkmilləşdirilməsi, uşaqların rifahına və inkişafına təsir edəcək tədbirlərin görülməsi üçün qanunlara dəyişikliklər və əlavələr təklif edir;

•  Şagird, valideyn və ərazi əhalisi tərəfindən təklif edilmiş problemlərin həllinə yönələn və ümumi inkişafa təkan verən ideyaları formalaşdıraraq onların həyata keçirilməsini təmin edir;

•  Ərazi əhalisinin sosial problemlərinin aradan qaldırılması və özünüidarəsinə köməklik məqsədilə icmalar yaratmalarına yardım edir;

•  Assosiasiyanın məqsəd və vəzifələri haqda genis əhalini məlumatlandırır;

•  Təhsil prosesində valideynlərin iştirakını artırmaq məqsədi ilə valideynlər üçün müxtəlif təlim kursları, seminarlar və s. təşkil edir;

•  Yerləşdiyi Gəncə səhəri 17 saylı «İctimai-fəal məktəb»in daha da inkişaf etdirilməsinə və digər məktəblərin «İctimai-fəal məktəbə» çevrilməsinə köməklik göstərir;

•  Özünün təsis etdiyi KİV və ya ölkədə mövcud olan KİV vasitələri ilə müxtəlif yönümlü məlumatlar yayır və ictimaiyyət arasında maarifləndirmə işi aparır;

•  Assosiasiyanın fəaliyyətini gücləndirir, onun üzvləri arasında əlaqələri möhkəmləndirir, assosiasiya və onun keçirdikləri tədbirlər haqda məlumatı geniş yayır;

•  Uşaqların iştirakı və uşaqlarla birgə müxtəlif sahələrdə tədbirlər və proqramlar hazırlayır və həyata keçirir;

•  Assosiasiyanın üzvləri üçün müxtəlif proqramlar, təlimlər və s. tədbirlər təşkil edir;

Məktəbdə və yerləşdiyi ərazidə mövcud olan problemlərin həlli üçün müxtəlif layihə və tədbirlər hazırlayaraq, donorlara, yerli və beynəlxalq təşkilatlara, şəxsi müəssisələrə və şirkətlərə təqdim edir.
3. Assosiasiyaya üzvlük.
Üzvlərin hüquq və vəzifələri

3.1. Azərbaycan Respublikasında yaşayan hər bir fiziki və ya hüquqi şəxs Assosiasiyanın üzvü ola bilər.

3.2. Assosiasiyaya üzvlərin qəbulu İdarə Heyəti tərəfindən həyata kecirilir.

3.3. Assosiasiyaya daxil olmaq istəyən şəxs İdarə Heyətinə yazılı şəkildə müraciət edir.

Ərizə təqdim edildiyi gündən bir ay müddətində baxılır və İdarə Heyəti üzvlərinin yarıdan çoxu müsbət münasibətini bildirdikdə, Ərizəçi Assosiasiyanın üzvlüyunə qəbul edilir.

3.4. Assosiasiya üzvləri Assosiasiyanın ali orqanı tərəfindən müəyyən edilən məbləğdə üzvlük haqqı verir.

3.5. Assosiasiya üzvləri bərabərhüquqludur.

3.6. Assosiasiyanın üzvlərinin aşağıdakı hüqüqları var:

- bu Nizamnamədə və başqa sənədlərdə nəzərdə tutulmuş qaydada assosiasiyanın idarəçiliyində iştirak etmək;

•  assosiasiyanın hər hansı seçkili orqanına seçmək və seçilmək;

•  assosiasiyanın təşkil etdiyi tədbirlərdə iştirak etmək;

•  assosiasiyanın seçkili orqanlarının və vəzifəli şəxslərinin fəaliyyəti barədə məlumat almaq;

•  assosiasiyanın hər hansı orqanının işində məşvərətçi səslə iştirak etmək;

•  onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, izahat vermək, etirazını bildirmək və şikayət vermək.

3.7. Assosiasiyanın üzvü eyni zamanda iki seçkili orqanın üzvü ola bilməz.

3.8. Assosiasiyanın üzvü yalnız Assosiasiyanın ümümi yığıncağı və ya Idarə Heyəti səlahiyyət verdikdə, birliyi təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.

3.9. Assosiasiyanın üzvləri aşağıdakı vəzifələri daşıyırlar:

•  assosiasiyanın Nizamnaməsinə əməl etmək;

•  assosiasiyanın seçkili orqanlarının qərarlarını yerinə yetirmək.

3.10. Assosiasiyanın üzvlüyünə aşağıdakı hallarda xitam verilir:

•  assosiasiya ləğv edildikdə;

•  konüllu olaraq assosiasiyanın üzvlüyundən çıxdıqda;

•  assosiasiyanın üzvlüyundən çıxarıldıqda.

3.11. Assosiasiyanın üzvü istənilən zaman İdarə Heyətinə məlumat verməklə Assosiasiya üzvlüyündən çıxa bilər.

3.12. Assosiasiyanın üzvü Nizamnamənin tələblərini pozduqda, assosiasiyanın məqsədlərinə zidd fəaliyyətlə məşğul olduqda İdarə Heyətinin qərarı ilə assosiasiya üzvlüyündən xaric oluna bilər. Assosiasiya üzvlüyündən xaric olunma haqqında İdarə Heyətinin qərarından ümumi yığıncağa və ya məhkəməyə şikayət verilə bilər.

4. Assosiasiyanın strukturu və idarə orqanları

•  Assosiasiyanın ali orqanı ildə bir dəfədən az olmayaraq çağırılan ümümi yığıncaqdır.

•  Ümümi yığıncaq İdarə Heyətinin, təsisçilərindən birinin və üzvlərin 1/3 hissəsinin təşəbbüsü ilə çağırılır.

•  Ümumi yığıncaq:

•  Assosiasiyanın Nizamnaməsini qəbul edir, ona dəyişiklik və əlavələr edir;

•  Assosiasiyanın əmlakının formalaşma və istifadə prinsiplərini müəyyən edir;

•  Assosiasiyanın İdarə Heyətini və NTK-nin Sədrini seçir, onların səlahiyyətlərini vaxtından əvvəl dayandırır;

•  Assosiasiyanın illik hesabatlarını təsdiq edir;

•  Assosiasiyanın başqa təşkilatlarda iştirakı məsələsini həll edir;

•  Assosiasiyanın yenidən təşkili və ləğv edilməsi barədə qərar qəbul edir.

4.4. Ümumi yığıncağın yeri və vaxtı haqqında assosiasiyanın təsisçilərinı və üzvlərinə azı 2 həftə əvvəl məlumat verilməlidir.

•  Assosiasiya üzvlərinin yarıdan çoxu iştirak etdikdə, Ümumi yığıncaq səlahiyyətlidir.

•  Ümumi yığıncaqda qərarlar iştirak edənlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər bir üzv bir səsə malikdir.

•  Ümumi yığıncaqda yazılı protokol aparılmalıdır. Protokol yığıncağın sədri və katibi tərəfindən imzalanır. Yığıncağın protokolu lazım gəldikdə Assosiasiyanın bütün üzvlərinə paylanmalıdır.

•  Ümümi yığıncaqlararası dövrdə assosiasiyanın fəaliyyətinı Idarə Heyəti rəhbərlik edir.

•  İdarə Heyəti assosiasiyanın Sədrindən və Ümumi yığıncağın seçdiyi üzvlərindən ibarətdir. İdarə Heyətinin say tərkibini ümumi yığıncaq müəyyən edir.

•  İdarə Heyətinin yığıncaqları ildə bir dəfədən az olmamaq şərtilə zəruriyyət yarandıqda çağırılır.

•  İdarə Heyəti:

•  Assosiasiyanın Sədrinin təqdimatı ilə öz üzvləri arasından Sədr müavini seçir;

•  Assosiasiyanın büdcəsini, ştat cədvəlini və vəzifəli şəxslərin maaslarını təsdiq edir;

•  Assosiasiyanın filiallarını və nümayəndəliklərini yaradır, əsasnamələrini təsdiq edir, rəhbərlərini təyin edir;

•  Müstəsna olaraq ümumi yığıncağın səlahiyyətinə aid edilmiş məsələlərdən başqa bütün digər məsələlər üzrə qərarlar qəbul edir.

•  İdarə Heyətinin yığıncaqlarında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.

•  İdarə Heyətinin səlahiyyət müddəti 4 ildir. Idarə Heyəti ildə bir dəfə öz fəaliyyəti haqqında Ümumi yığıncağa hesabat verir.

•  Assosiasiyanın cari fəaliyyətinə rəhbərliyi onun Sədri həyata keçirir.

Sədri ümumi yığıncaq gizli səsvermə yolu ilə 4 il müddətinə (yenidən secilmək hüquqi ilə) seçir.

•  Assosiasiyanın Sədri:

•  Assosiasiyanı təmsil edir, İdarə Heyətinin müsbət rəyini almaqla Assosiasiyanın adından müqavilələr bağlayır, pul vəsaitləri də daxil olmaqla assosiasiyanın əmlakı üzərində sərəncam verir;

•  İdarə Heyətinin işinə rəhbərlik edir;

•  Assosiasiyanın cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;

•  Işçiləri işə qəbul edir və işdən azad edir;

•  Ümumi yığıncağın müəyyən etdiyi başqa funksiyaları həyata keçirir.

•  Assosiasiyanın Sədri olmadıqda, onun səlahiyyətlərini Sədr müavini həyata keçirir. Sədr müavini Assosiasiyanın Sədrinin təqdimatı ilə İdarə Heyəti öz üzvləri arasından seçir.

•  Assosiasiyanın Nəzarət Təftiş Komissiyası Assosiasiyanın seçkili orqanlarının, vəzifəli şəxslərinin və üzvlərinin fəaliyyətinin Nizamnaməyə uyğun olmasına, Assosiasiyanın maliyyə fəaliyyətinə nəzarəti həyata keçirir.

NTK-nin say tərkibini ümumi yığıncaq müəyyən edir.

4.18. NTK Assosiasiyanın orqanlarından və üzvlərindən daxil olan ərizələrə 1 ay ərzində baxıb cavab verməlidir.

5. Assosiasiyanın əmlakı

5.1. Assosiasiyanın mülkiyyətində qanunvericiliklə qadağan olunmayan istənilən əmlak ola bilər.

5.2. Assosiasiya öhdəliklərinə görə öz əmlakı ilə cavabdehdir.

5.3. Assosiasiyanın öhdəliklərinə görə təsisçilər və üzvlər məsuliyyət daşımır. Assosiasiya öz təsisçilərinin və üzvlərinin öhdəliklərinə görə məsuliyyət daşımır.

5.4. Assosiasiyanın əmlakının pul və digər şəkildə formalaşdırılma mənbələri aşağıdakılardır:

•  üzvlük haqqı;

•  könullu verilən əmlak haqqı və ianələr;

•  malların satışından, xidmətlər göstərilməsindən, işlər görülməsindən daxil olmalar;

•  səhmlər, istiqrazlar, başqa qiymətli kağız və əmanətlərdən alınan dividentlər, gəlirlər;

•  Assosiasiyanın əmlakından istifadə və onun satılması nəticəsində əldə edilən gəlirlər;

•  qrantlar;

•  qanunvericiliklə qadağan olunmayan başqa gəlirlər.

6. Yekun müdəalar

6.1. Assosiasiya qanunvericiliklə müəyyən edilən qaydada mühasibat uçotu aparır.

6.2. Assosiasiya qanunvericilikdə nəzərdə tutulan qaydada Ümumi yığıncaqda iştirak edən üzvlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilən qərarla yenidən təşkil edilə bilər.

6.3. Assosiasiya Ümumi yığıncaqda iştirak edən üzvlərin 3/4 hissəsinin səs çoxluğu ilə qəbul edilən qərar əsasında, yaxud qanunvericilikdə nəzərdə tutulan hallarda və qaydada məhkəmə tərəfindən ləğv edilə bilər.

6.4. Assosiasiya ləğv edildikdə onun qalan əmlakı xeyriyyəçilik məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə keçir.

6.5. Bu Nizamnamə Assosiasiyanın Ümumi yığıncağı tərəfindən iştirak edən üzvlərin 2/3 hissəsinin səs çoxluğu ilə qəbul edilən qərarla dəyişdirilə bilər.